Çelsi" baş məşqçisi Maurisio Poçettino ilə vidalaşı.
Fanat.Az xəbər verir ki, məlumatı "zadəganlar"ın rəsmi saytı yayıb.
Argentinalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırırdı. Onun rəhbərliyi altında bütün turnirlərdə 51 matça çıxan London təmsilçisi 27 qələbə, 10 heç-heçə, 14 məĝlubiyyətlə yadda qalıb. Cari mövsüm İngiltərə Premyer Liqasında 63 xal toplayan "Çelsi" yekunda 6-cı yeri tutub.