"Çelsi"nin yarımmüdafiəçisi, azarkeşlər tərəfindən 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilən Koul Palmer argentinalı mütəxəssis Maurisio Poçettinonun komandanın baş məşqçi postunu tərk etməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "göylər"in lideri sosial şəbəkə hesablarında belə yazıb:
"Məşqçi, mənim üçün etdiyin hər şeyə, arzularımı reallığa çevirdiyinə görə təşəkkürlər. Hər şeyin ən yaxşısını arzulayıram".
Qeyd edək ki, Poçettino 2023-cü ilin yayından “Çelsi”ni çalışdırırdı. Onun rəhbərliyi altında bütün turnirlərdə 51 matça çıxan London təmsilçisi 27 qələbə, 10 heç-heçə, 14 məĝlubiyyətlə yadda qalıb. Cari mövsüm İngiltərə Premyer Liqasında 63 xal toplayan "Çelsi" yekunda 6-cı yeri tutub.