Portuqaliyalı Paulo Fonseka "Milan"ın yeni baş məşqçisi ola bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "FootballItalia" məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq potensial sövdələşmə barədə razılığa gəliblər. Sadəcə, hazırkı baş məşqçi Stefano Pioli ilə müqaviləni ləğv etmək qalır.
"Milan" Fonsekaya 3 illik müqavilə təklif edib. Anlaşmaya görə, təcrübəli mütəxəssis hər mövsüm üçün 3 milyon avro maaş alacaq.
Qeyd edək ki, 51 yaşlı portuqaliyalı 2022-ci ildən "Lill"ə rəhbərlik edir. "Doqlar" Liqa 1-də mövsümü dördüncü pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə əldə ediblər.