"Qəbələ"dən ayrılan Lourival Assisin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Bolqarıstan çempionatında davam etdirəcək.
30 yaşlı yarımmüdafiəçi Burqas "Çernomorets"inə qayıdıb. O, 2012-ci ildə "Qəbələ"yə bu komandadan gəlmişdi.
Qeyd edək ki, Assis 2 mövsümdə "Qəbələ"nin heyətində 44 oyun keçirib və 6 qol vurub. O, əvvəllər Braziliyanın "İrati", 2009"Avay", "Amerika RN", "Botafoqo" və İsveçin "Kalmar" klublarında çıxış edib.
Fanat.az