"İnter"in baş məşqçisi Simone İnzaqi 2023/24 mövsümündə A Seriyasının ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Milan klubu bu İtaliya çempionatında 37 matçda 29 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 2 görüşdə məğlub olub.
Beləliklə, "İnter" mövsümün bitməsinə 5 tur qalmış çempion olaraq klub tarixində 20-ci titulunu qazanıb.