"Çətin oyun alındı. Səfərdə 2:0 hesabıyla qalib gəlsək də, rəqibə hörmətlə yanaşırıq. Cavab oyununa da eyni ciddiyyətlə hazırlaşacağıq. Biz çalışacağıq ki, "Qəbələ"ni həm meydanda, həm də ondan kənarda eyni qonaqpərvərliklə qarşılayaq". Fanat.az xəbər verir ki, bu sözləri "Şiroki Briyeq"in baş məşqçisri Slaven Musa deyib.
Bosniya və Hersoqovina klubunun baş məşqçisi evdə heç-heçənin də onları razı salacağını deyib: "Qəbələ"nin "Maribor"la oyununa baxmışdıq və özümüz üçün müəyyən nəticələr çıxarmışdıq. Əlbəttə, səfərdə 2:0 əla nəticədi. Evdə hətta qolsuz heç-heçədən də razı qalacağıq".
Fanat.az