Misli Premyer Liqasının 36-cı turunda "Sumqayıt" evdə "Qəbələ" ilə qarşılaşacaq. "Kimyaçılar" avrokuboklara vəsiqə verəcək vacib görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Sumqayıt təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:
"Elvin Bədəlov cəza səbəbindən görüşü buraxacaq. Dördüncü sarı vərəqəyə görə oynaya bilməyəcək. Zədəlilərə gəlincə, uzun müddətə sıradan çıxmış Kristian Velinovski ilə yanaşı, Rövlan Muradov da meydana çıxa bilməyəcək. "Sabah"la oyunda topuğu burxuldu. Ayağında şiş var. Toydan sonrakı məşqə gəldi, baxdı ki, ağrı var".
Qeyd edək ki, bu həftə subaylığın daşını atan Rövlan "Sumqayıt"dan əvvəl "Qəbələ"də çıxış edib.
Bu gün reallaşacaq "Sumqayıt" - "Qəbələ" qarşılaşması saat 19:00-da start götürəcək.
Mirağa