Misli Premyer Liqasında sonuncu – 36-cı turun bəzi oyunlarının təyinatları məlum olub.
Fanat.Az xəbər verir ki, bugünkü üç qarşılaşmaya əcnəbi VAR hakimləri təyinat alıblar.
“Zirə” – “Səbail” matçında belçikalı Natan Verbumen, “Neftçi” – “Sabah” görüşündə niderlandlı Kley Ruperti, “Sumqayıt” – “Qəbələ” duelində isə onun həmyerlisi Ervin Blank iş başında olacaq.
19:00. “Zirə” – “Səbail“
VAR: Natan Verbumen
AVAR: Kamran Bayramov
19:00. “Neftçi” – “Sabah”
VAR: Kley Ruperti
AVAR: Vüsal Məmmədov
19:00. “Sumqayıt” – “Qəbələ”
VAR: Ervin Blank
AVAR: Eyyub İbrahimov