"Qarabağ"ın futbolçuları Marko Yankoviç ilə Marko Veşoviç Monteneqro milli komandasına dəvət olunublar.
Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 25 nəfərlik heyətə Azərbaycanda çıxış edən oyunçuları da dəvət edib.
Bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.
Monteneqrolular Belçika və Gürcüstan milliləri ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.
Xatırladaq ki, Veşoviç zədə üzündən son turlarda oynamır və onun iyunun 2-də ölkə kubokunun final matçına hazır olacağı gözlənilir.