Rusiya Premyer Liqasında çempion müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Sabah"ın sabiq çalışdırıcısı Murad Musayevin baş məşqçisi olduğu "Krasnodar" son turda "Dinamo Moskva"nı 1:0 yenib liderliyi ələ keçirsə də, digər oyunda "Rostov" üzərində "kambək" edən (2:1) "Zenit" bir xal fərqlə qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, qışda Azərbaycanı tərk edən Musayev fevralın əvvəlindən "Krasnodar"ı çalışdırır. Sözügedən komandada "Qarabağ"ın sabiq oyunçusu Kadi Borges də çıxış edir.