“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 36-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Bizim qalibiyyətin açarı azarkeşlər idi. Şəhər göstərdi ki, lazım olan məqamda komandaya necə dəstək olmaq lazımdır. Sumqayıt futbol şəhəridir. Futbolçularıma təşəkkürümü bildirirəm. Mövsüm bitdi, artıq biz də dincələrik. Ruh olaraq möhkəmləndik. Bu mövsüm bizim üçün gözəl təcrübə oldu. İlin əvvəlində avrokubokları qarşımıza prioritet qoymamışdıq. Oyunumuzla bu yeri tutduq. Konfrans Liqasına da təcrübə kimi baxacağıq. Əlimizdən gələni edəcəyik. Konfrans Liqasının dadını çıxaracağıq".