"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq klubdakı durumundan danışıb.
Fanat.Az “The Independent”ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis belə deyib:
“İki ildə iki kubok, üç final pis deyil. Biz irəliləməyə davam etməliyik. Mən bu nəticədən razı deyiləm, daha yaxşısını etməliyik.
“Mançester Yunayted”də işə başlayanda dedim ki, mən qələbə üçün buradayam və komanda qurmaq istəyirəm. Hər ikisini edirəm. Amma daha məni klubda istəməsələr, başqa yerə gedəcəm, matçlar və kuboklar qazanacam. Çünki bütün karyeramı elə etmişəm”.
Xatırladaq ki, mayın 25-də “Mançester Yunayted” həlledici oyunda “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunun qalibi olub.