"Fənərbağça"nın futbolçusu Leonardo Bonuççi bu gün karyerasını başa vuracaq.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu barədə 37 yaşlı müdafiəçi özü məlumat verib.
Beləliklə, bu gün "Fənərbağça"nın Türkiyə Super Liqasının son turunda "İstanbulspor"la qarşılaşması İtaliya millisinin sabiq üzvünün futbolçu kimi sonuncu oyunu olacaq.
Xatırladaq ki, Bonuççi bu ilin yanvarından "Fənərbağça"dadır.