Portuqaliyanın "Benfika" klubu "Mançester Yunayted"in cinah müdafiəçisi Alvaro Karreras Fernandesin transfer hüquqlarına yiyələnib.
Fanat.Az "qartallar"ın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən oyunçu cari mövsümün ikinci yarısında icarə əsasında formasını geyindiyi klubla müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
"Transfermarkt" portalı "Benfika"nın 21 yaşlı futbolçu üçün qarşı tərəfə 6 milyon avro ödədiyini açıqlayıb.
Qeyd edək ki, Feranandes Portuqaliya çempionatında 16 çıxaraq 1 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat