Müqavilə ilə "Qalatasaray"a məxsus olan, cari mövsümü icarə əsasında "Aston Villa"da keçirən Nikolo Dzanyolo gələcək planları ilə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Hələ də A Seriyasına qayıtmaq ehtimalımın nə dərəcədə real olduğunu bilmirəm. "Fiorentina"nın mənimlə maraqlandığını eşitdiyim üçün xoşbəxtəm, amma harada oynayacağımı demək tezdir. İndilik məsələ açıq qalır".
Qeyd edək ki, Dzanyolonun "Qalatasaray"la müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.
Nihat