"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının iyunun 1-də keçiriləcək finalında Dortmund "Borussiya"sına qarşı hansı qapıçını oynadacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Bu, çox çətin seçimdir. Həm Tibo Kurtua, həm də Andrey Lunin finalda oynamağı haqq edir. Hazırda Luninin qızdırması var. Kurtua dünyanın ən yaxşısıdır. Debatları çox sevirəm. Xüsusilə bu həftə onların necə rəqabət apardığını görmək istəyirəm. Onsuz da bekaram (gülümsəyir). İndi kimin oynayacağını desəm, rəqabət başa çatacaq. Qərarı vaxtında verəcəm. Şübhəsiz, onlardan biri oynayacaq, o biri ehtiyatda qalacaq. Hə, Kepa Arissabalaqa da var. O, çox oynamasa da, vacib oyunçudur".
Qeyd edək ki, Londondakı "Uembli" stadionunda baş tutacaq finalın start fiti Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Nihat