"Atletik"in vingeri Niko Uilyams "Bayern Münhen"in maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, münhenlilər bir neçə həftədir ki, futbolçunu və onunla müqavilə bağlamaq imkanlarını araşdırır. "Barselona" da oyunçunu sıralarına qatmağa çalışır.
İspaniyalı yarımmüdafiəçinin transfer məbləği təqribən 60 milyon avroya bərabərdir.
21 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 8 qol vurub və 17 məhsuldar ötürmə edib.
Mirağa