Belçika millisinin baş məşqçisi Domeniko Tedesko "Real Madrid"in qapıçısı Tibo Kurtuanın adını bu yay Almaniyada keçiriləcək Avropa çempionatının iştirak ərizəsinə daxil etməməsinin səbəbini deyib.
Fanat.Az xəbər verir ki, RTBF onun sözlərini belə çatdırıb:
"Tibo öz bədənini hamıdan yaxşı tanıyır. Hər şey öncədən bəlli idi. O, klubunun sıralarına yaxın vaxtlarda qayıdıb. Böyük turnirlərdə üç və ya dördgündənbir matça çıxmaq çətindir. Biz onu Avropa çempionatına hazır saymırıq".
Xatırladaq ki, AÇ-2024 14 iyun - 14 iyul aralığında baş tutacaq. Turnirin qarşılaşmaları Almaniyanın 10 şəhərində reallaşacaq. E qrupunda yer alan Belçika yığması Rumıniya, Slovakiya və Ukrayna milliləri ilə qarşılaşacaq.
Nihat