Transfer çalışmalarına erkən başlayan "Araz-Naxçıvan" heyətində islahatlara başlayıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu gün iki yerli oyunçu ilə münasibətlərini rəsmiləşdirən Muxtar Respublika təmsilçisi 4 əcnəbi futbolçusu ilə vidalaşıb.
Baş məşqçi Elmar Baxşıyev bosniyalı qapıçı Semir Bukviç və yarımmüdafiəçilər - belçikalı İsmail Azzaui, qanalı Mohammed Kadiri və konqolu Elvis
Maşikenin xidmətinə ehtiyac duymayıb. Hər üç legioner artıq yola salınıblar.
Qeyd edək ki, Baxşıyev "Qəbələ"də rəhbərliyi altında oynayan Urfan Abbasovla Ülvi İsgəndərovun "Araz-Naxçıvan"a keçidinə nail olub.
"Ağ-qırmızılar" mövsümü 8-ci yerdə başa vurublar.
Mirağa