Almaniyalı müdafiəçi Jerom Boatenq və meksikalı qapıçı Gilyermo Oçoa cari mövsümün yekunlarına əsasən İtaliya A Seriyasını tərk edən "Salernitana"dan ayrılıblar.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, hər iki oyunçu azad agent qismində klubla vidalaşıblar.
38 yaşlı Oçoa ötən ilin yanvarından "Salernitana"nın formasını geyinirdisə, 35 yaşlı Boatenq bu ilin yanvarından sözügedən komandada idi.
Nihat