Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, B Liqasının I qrupunda Türkiyə seçməsi ilə qarşılaşan millimiz 0:1 hesabı ilə uduzub.
"Ərzincan 13 Şubat" şəhər stadionunda baş tutan matçda yeganə qolu 43-cü dəqiqədə Ebru Topçu vurub.
Qeyd edək ki, yığmamız buna qədər səfərdə Macarıstanla heç-heçə (1:1) edib, evdə isə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda 1 xalla qrup sonuncusudur.