"Qarabağ"ın futbolçusu Maksim Medvedev karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, bu, "köhlən atlar"ın "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Kubokunun final oyununda məlum olub.
Qarşılaşmadan əvvəl təcrübəli müdafiəçiyə klub prezidenti Tahir Gözəl tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Kapitan sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib və bugünə kimi 552 oyuna çıxıb. O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.