"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında “Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, gənc mütəxəssis görüşü belə dəyərləndirib:
“Finalda “Qarabağ”a qarşı oynamaq çətindir. Biz sonadək şansımızı qoruduq, amma alınmadı.
Birinci hissədə taktiki mübarizə getdi. Fərqlənmək üçün epizodlarımız var idi.
İkinci hissədən isə azarkeşlər daha çox zövq aldılar.
Bu oyun bizim üçün böyük təcrübəyə səbəb olacaq və böyüməyimizə imkan verəcək. 40 gün sonra Avropa kuboklarında bu səviyyəyə yaxın oyun gözləyirəm. Güclənməyə ehtiyacımız var. Bunun üçün işlərə də start vermişik".