"Atalanta"nın və İtaliya millisinin mərkəz müdafiəçisi Corco Skalvini A Seriyasının 29-cu turundan təxirə düşən "Fiorentina" ilə matçda (2:3) ciddi zədə alıb.
Fanat.Az "Sky Sport"-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya dizin ön çarpaz bağının qopması diaqnozu qoyulub.
Belə xəsarətlərlə bərpa təxminən altı ay çəkir.
Beləliklə, Skalvini daxil olduğu 2024-cü il Avropa çempionatını buraxacaq.