"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu Portuqaliya yığmasının Finlandiya ilə qarşıdakı matçını buraxacaq.
Fanat.Az xəbər verir ki, məlumatı "O Jogo" yayıb.
Mənbənin məlumatına görə, 39 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra millinin məşqçilər korpusundan bir həftəlik məzuniyyət alıb.
Ronaldunun bu həftəsonu millinin düşərgəsinə gələcəyi gözlənilir.
Xatırladaq ki, Portuqaliya - Finlandiya oyunu sabah, iyunun 4-də baş tutacaq.
Portuqaliyalılar AÇ-2024-ün qrup mərhələsində Türkiyə, Çexiya və Gürcüstan milliləri ilə oynayacaq.
Mirağa