"Çelsi" bu gün baş məşqçisinin adını ictimaiyyətə açıqlayacaq.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "zadəganlar"ın italiyalı mütəxəssis Entso Mareska ilə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzaladıqlarını və bu sözləşmənin sonradan daha 12 ay müddətinə uzadıla biləcəyini də vurğulayıb.
"Çelsi" sabiq çalışdırıcısı Maurisio Poçettino ilə mayın 21-də vidalaşıb.
Mareska 2023/2024 mövsümündə "Lester"in "sükanı arxası"nda olub. Komanda onun rəhbərliyi altında Çempionşipdə 1-ci yeri tutaraq İngiltərə Premyer Liqasına qayıdıb.
Nihat