EFA Futbol Akademiyasında qalmaqallı məşqçi istefası reallaşıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən akademiyanın U-16 komandasını çalışdıran tanınmış mütəxəssis Elçin Dərgahquliyev rəhbrəliklə aralarındakı fikir ayrılıqları səbəbindən postunu tərk edib.
Bu barədə saytımıza Dərgahquliyev özü məlumat verib: "Bəli, komandadan ayrıldım. Rəhbərliklə anlaşa bilmədik. Səbəb? Onlar mənim xəbərim olmadan futbolçulara 3 illik müqavilə təklif ediblər. Mən o yaşda uşaqlara 3 illik müqavilə təklif olunmasını doğru saymıram, müddət çoxdur. Həm də o uşaqları küçə-küçə, qapı-qapı gəzərək komandaya yığmışam. Onların hamisi mən idim. Necə olur ki, danışıqlardan mənim xəbərim olmur? Mən çıxdım, 16 uşaq da tərk etdi komandanı. Kimləri mən gətirmişdim, hamısı çıxdı. Onlardan 15-nin müqaviləsi iyunun 30-da başa çatacaq. Yəni 25 günə sərbəst futbolçu olacaqlar.
Klubsuz qalmalarına səbəb olduğumu düşünmürəm. Elə futbolçular boşda qalmaz. İnşallah, 15-20 günə 15 uşaqla birgə hansı komandada olduğumu biləcəksiz".
Qeyd edək ki, EFA akademiyasının direktoru Vüsal Mustafayevdir.
Mirağa