Bosniya və Hersoqovinoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə çempionatının son qalibi olan Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Komandamız İtaliya seçməsi ilə qarşılaşıb. Görüş Elşad Quliyevin baş məşqçisi olduğu komandamızın minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmamız qrupdakı son oyununu sabah Fransaya qarşı keçirəcək. Matç saat 19.00-da başlayacaq.
Minifutbol üzrə Avropa Çempionatı
F qrupu
3 iyun
İtaliya - Azərbaycan 1:2
Qollar: Rəvan Kərimov, 20. Mirmehdi Rzayev, 45.
Sarayevo.
Qeyd edək ki, ilk turda Belçika ilə qarşılaşan Elşad Quliyevin baş məşqçisi olduğu yığma startda 3:0 hesablı qələbə qazanıb. İtaliya isə açılış oyununda Fransaya 1:3 hesabı ilə uduzub.