Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az Qazaxıstan Futbol Federasiyasına istinadən xəbər verir ki, bu, rusiyalı mütəxəssis Stanislav Çerçesovdur.
Adı Azərbaycan millisi ilə də yanaşı çəkilən Çerçesovun müqavilə şərtləri açıqlanmasa da, daha öncə ona 2+1 illik anlaşma təklif olunduğu haqda informasiyalar yayılıb.
Qeyd edək ki, 2022-ci ildən Qazaxıstan seçməsini çalışdıran Məhəmməd Adıyev bir neçə gün öncə ailə vəziyyətini əsas gətirərək millidəki postundan ayrılıb. Adıyev bu ilin aprelindən paralel olaraq Çeçenistan təmsilçisi "Axmat"ın da "sükanı arxası"nda idi. Rusiya mətbuatında dərc olunan məlumatlara görə, sözügedən mütəxəssis məhz "Axmat"la müqavilə yeniləmək üçün Qazaxıstan seçməsini tərk edib.
Nihat