Bosniya və Hersoqovinoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə çempionatının son qalibi olan Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Elşad Quliyevin komandası qrup mərhələsindəki son matçında Fransanı sınağa çəkib.
Sarayevoda keçirilən Avropa çempionatında ötən gün pley-offa vəsiqəni təmin edən yığmamız Fransa üzərində də inamlı qələbə qazanaraq, qrupdan 1-ci yeri tutaraq çıxıb.
Qeyd edək ki, yığmamız bunadək Belçikaya 3:0, İtaliyaya 2:1 hesabı ilə qalib gəlib.
Avropa çempionatı
F qrupu
4 iyun
Azərbaycan – Fransa 3:1
Qollar: Mirkamil Əliyev, 8. Ramiz Çovdarov, 30. Vüsal İsayev, 49.