PSJ-dən ayrılaraq azad agent qismində "Real Madrid"ə qoşulan Kilian Mbappe yeni komandasında nömrə seçimini edib.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, fransalı hücumçu 9 nömrəli forma ilə mübarizə aparacaq. Mənbə Kilianın müqavilə ərəfəsində "Real"dan hazırda Luka Modriçdə olan 10 nömrəli geyim dəstini istəmədiyini bildirib.
Qeyd edək ki, Mbappe "Real"la müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə bağlayıb.
Nihat