"Vilyarreal"ın qapıçısı Pepe Reyna klubu tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə "sualtı qayığ"ın mətbuat xidməti klubun sosial şəbəkə hesabında paylaşım edib.
İspan futbolçu 2022-ci ildən "Vilyarreal"da çıxış edirdi. Bu, onun sözügedən klubdakı ikinci dönəmi idi.
"Marca"nın məlumatına görə, Reyna yaxın vaxtlarda uyğun təkliflər almazsa, karyerasını bitirəcək.
41 yaşlı qolkiper ötən mövsüm bütün turnirlərdə 12 matça çıxıb, 3 dəfə qapısını toxunulmaz saxlayıb.
Mirağa