"Opta" statistika agentliyi qarşıdakı futbol üzrə Avropa çempionatının əsas favoritini açıqlayıb.
Fanat.Az xəbər verir ki, sözügedən portal İngiltərə millisini iyunun 14-də Almaniyada start götürəcək turnirin qalibi olmağa əsas namizəd sayır.
Britaniya təmsilçisinin şansları 19,9 faizlə dəyərləndirilib. Növbəti yerlərdə Fransa (19,1 faiz) və Almaniya (12,4 faiz) mövqe tutublar.
Xatırladaq ki, AÇ-2024-ə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Qitə birinciliyi 14 iyun - 14 iyul aralığında keçiriləcək.
Nihat