Növbəti mövsüm üçün heyətində islahatlar aparan "Araz-Naxçıvan"ı daha 4 futbolçu tərk edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onlardan 2-si əcnəbi oyunçudur.
Söhbət Bosniya və Herseqovinadan olan müdafiəçi, həmçinin kapitan sarğısını daşıyan Numan Kurdiçlə fransalı yarımmüdafiəçi Nqando Akseldən gedir.
Bundan başqa, "Araz-Naxçıvan"da icarə əsasında çıxış edən İldar Alekperovla Abdulla Rzayev isə "Sabah"a dönüblər.
Qeyd edək ki, bundan əvvəl bosniyalı qapıçı Semir Bukviç, yarımmüdafiəçilər - belçikalı İsmail Azzaui, qanalı Mohammed Kadiri və konqolu Elvis
Maşike göndərilmişdi.
Əvəzində "Araz-Naxçıvan" "Qəbələ"dən Urfan Abbasovla Ülvi İsgəndərovu, "Neftçi"dən Ömər Buludovu və "Turan Tovuz"dan Tərlan Əhmədlini heyətinə cəlb edib. Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev və Ramin Nəsirlinin müqavilələri isə artırılıb.
Mirağa