1 iyun 2024-cü il tarixində Peşəkar Futbol Liqası, “YAŞAT” Fondu və “Badamlı” şirkəti tərəfindən Qəbələdə şəhid övladları üçün start götürən yay düşərgəsi davam edir.
Fanat.Az xəbər verir kİ. 8 mayda bağlanmış müqaviləyə əsasən reallaşdırılan tədbir çərçivəsində şəhid övladlarının "Qəbələ" İdman Klubunun prezidenti, karate üzrə dünya və Avropa çempionu, Vətən müharibəsi iştirakçısı Fariz Nəcəfovla görüşü baş tutub.