"Səbail" klubu futbolçusu Yusif Nəbiyevlə müqavilə yeniləyib.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi qarşıdakı bir ildə də "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Nəbiyev ötən ildən "dənizçilər"in uğurları üçün çalışır. O, Premyer Liqada 34, ölkə kubokunda 3 oyuna çıxıb. Futbolçu bu matçlarda 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.