Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Zirə"nin yay hazırlıq planı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "qartallar" 14 iyun - 4 iyul aralığında Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olacaq.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda qardaş ölkədə üç yoxlama oyunu keçirəcək.
Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi isə hələlik dəqiqləşməyib.