"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Florian Virts gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun sözlərini belə çatdırıb:
"Hamı bilir ki, "Bayer"lə müqaviləm var. İndi bu barədə danışmaq üçün uyğun vaxt deyil. Leverkuzendə əla vaxt keçirirəm, özümü yaxşı hiss edirəm. Hazırda yalnız Avropa çempionatına köklənmişəm. Qalan heç nəyin əhəmiyyəti yoxdur".
Xatırladaq ki, geridə qalan mövsümdə Bundesliqada 32 matça çıxan Virts 11 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Bayer"lə Almaniya çempionu olan 21 yaşlı futbolçunun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Florianın transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.
Nihat