Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman Ukrayna millisi ilə iyunun 3-də keçirdikləri yoldaşlıq görüşündən (0:0) sonra "Real Madrid"in yarımmüdafiəçisi Toni Kroosun yığmadakı statusu barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sport" Nagelsmanın sözlərini belə çatdırıb:
"Onun möhtəşəm karyerası var. Altı dəfə Çempionlar Liqasının qalibi olub! Ən önəmlisi budur ki, o, özündə bir insan və futbolçu kimi ən yüksək keyfiyyətləri cəmləşdirib. Toni ilə işləmək inanılmaz dərəcədə xoşdur. O, əsl komanda oyunçusudur. Almaniya millisində Kroosun heç bir statusu yoxdur və olmayacaq. Bu, Toniyə lazım deyil".
Nihat