İran Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədri Xudadat Əfşarian korrupsiyada ittiham edilərək həbs olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı İSNA yayıb.
Mənbə İranın Rəfsəncan şəhərinin “Mes” klubunun menecerinin və bir neçə futbolçunun adının da rüşvət qalmaqalında hallandığını, Əfşarianla yanaşı daha 5 nəfərin saxlanıldığını vurğulayıb.