"Qalatasaray" ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fotomaç" yayıb.
Mənbənin məlumatına görə, türkiyəli oyunçu "Bolonya"nın diqqət mərkəzindədir. İtaliya A seriyasında mövsümü 5-ci pillədə başa vuran və Çempionlar Liqasına vəsiqə qazanan "Bolonya" Barış üçün İstanbul nəhənginə 20 milyon avroluq təklif göndərib.
Bu mövsüm "Qalatasaray" forması ilə bütün turnirlər daxil 55 matça çıxan və 3402 dəqiqə meydanda olan Barış Alper Yılmaz 7 qol vurub, 12 məhsuldar ötürmə edib. Onun "Qalatasaray"la daha 3 illik müqaviləsi var.
Nahid Ustaclı