Start heyətində yer almaq baxımından sıxıntı yaşayan "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülərə transfer bazarında böyük tələbat var.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, türkiyəli istedadın xidmətində "Xetafe", "Real Sosyedad", "Las Palmas", "Malyorka", "Milan", "Leypsiq" və "Fənərbağça" maraqlıdır. Bu klublar futbolçunu növbəti mövsüm üçün icarəyə götürmək istəyir.
Arda "Real Madrid"ə keçən yay transfer olunub. 19 yaşlı türkiyəlinin "Kral klubu" ilə müqaviləsinin müddəti 2029-cu ilin iyunun sonuna kimidir. "Transfermarkt" yarımmüdafiəçinin bazar dəyərini 15 milyon avro qiymətləndirir.
Mirağa