Kevin De Bröyne Belçika millisinin heyətində 100-cü oyununu keçirib.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın ötən gün Brüsseldə Monteneqroya qarşı keçirdikləri yoldaşlıq görüşü (2:0) 32 yaşlı yarımmüdafiəçi üçün əlamətdar olub.
Matçın 44-cü dəqiqəsində komandasının qollarından birinə imza atan De Bröyne fasilədə əvəzlənib.
Kevin Belçika seçməsinin forması ilə 100 oyun həddinə çatan səkkizinci futbolçudur.
Nihat