PSJ-nin sabiq qapıçısı Keylor Navas Fransa nəhəngində oynadığı dönəmdə köməkçisi olmuş Nikolas adlı şəxs tərəfindən məhkəməyə veriləcək.
Fanat.Az-ın məlumatına görə, BFM TV-nın qonağı olan Nikolas qolkiperin onunla əmək müqaviləsi bağlamadığını və aylıq 3,5 min avro maaş qarşılığında həftədə 90 saat işlətdiyini bildirib.
Keylorun keçmiş işçisi sözügedən futbolçudan əmək müqaviləsi tələb edərkən telefonda aldığı cavabın da səs yazısını ortaya qoyub: "Biz burada Fransa qanunları ilə işləmirik. Sizə nağd pul verirəm. Mənim qaydalarımla işləyirik".
Nikolas həmçinin kosta-rikalı oyunçunun ondan özü ilə ov tüfəngi gəzdirməyi və bir dəfə icazəsi olmadığı halda, tüfəngdən atəş açdığını da deyib.
Qeyd edək ki, Navas ötən ay PSJ-dən ayrılıb.
Nihat