16:55 06.06.2024 607

"Qolu mənim vurub-vurmamağımın fərqi yoxdur" - Vüqar Nadirov

İkinci Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin dünən baş tutan ikinci matçında "Hypers" "Şəfa" ilə qarşılaşıb. Görüş "Hypers"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın baş məşqçisi, cavab qarşılaşmasında meydana futbolçu qismində çıxan Vüqar Nadirovla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"İlk oyun 2:0 hesablı qələbimizlə başa çatmışdı. "Şəfa" zəif təsir bağışlmadı. Sona qədər vuruşdu. Nəticə xeyirimizə olsa da, oyuna arxayın çıxmamışdıq. Məşqlərdə də futbolçulara konsentrasiyanı itirməmək, öz oynumuzu oynamaq tapşırılmışdı. Şükürlər olsun, futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Səhvlərimiz də oldu. Ancaq əsas nəticədir".

Hesabı qarşılaşmanın 2-ci dəqiqəsində özü açan Nadirov "uzun müddətdən sonra qol vurmaq necə hissdir" sualını da cavablandırıb: "Təbii ki, çətindir. Amma qarşıda məqsəd varsa, nəyin bahasına olsa da, hər şey etməlisən ki, məqsədinə nail olasan. Qol komandanın qoludur. Qələbəmizdə hər kəsin əməyi var. Mən hər zaman komanda oynuna üstünlük verirəm. Futbol fərdi yox, kollektiv oyundur. Qolu mənim vurub-vurmamağımın fərqi yoxdur. Mənim üçün əsas nəticədir".

Nahid Ustaclı
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 May 2025
21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

10:18

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

01:07

İspaniya La Liqası: Son turun ilk oyununda qollu bərabərlik

00:56

İtaliya A Seriyası: "Napoli" 4-cü dəfə çempion oldu

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

22:06

Vüsalın komandası səfərdə də uduzub Super Liqa şansını itirdi

21:50

Minifutbol: Azərbaycan millisi Sloveniyanı yenib qrup liderliyinə yüksəldi

21:22

MPL: "Sumqayıt" "Səbail"i darmadağınla yola saldı

20:56

Minifutbol: Türkiyə Ukraynanı üstələdi

20:19

Azərbaycanın gənclərdən ibarət taekvondo millisinin üzvləri hazırlığa cəlb olunublar

19:47

Minifutbol: Dünya çempionundan sürpriz məğlubiyyət

19:18

Oliveyra titul döyüşündən öncə Topuriyaya meydan oxudu

18:40

1-ci Liqada mövsümə yekun vuruldu

Facebookdan bizi izləməyi unutmayın.
X