Türkiyə millisinin sabiq üzvü Mehmet Topal Rumıniyanın "Petrolul" klubuna baş məşqçisi təyin edilib.
Fanat.Az xəbər verir ki, 38 yaşlı çalışdırıcı 3 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Topal futbolçu karyerası ərzində ölkəsinin "Dardanelspor", "Qalatasaray", "Fənərbağça", "Başakşehir" və "Beşiktaş" klublarında çıxış edib. Eləcədə də o, "Valensiya"nın da uğurları üçün çalışıb.
Nihat