"Turan Tovuz" klubu daha bir futbolçusu ilə razılığa gəlib.
Fanat.Az qərb təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Oto Con ilə müqavilənin müddətini uzadılıb.
Nigeriyalı hücumçu ilə 1 illik anlaşma əldə edilib.
Qeyd edək ki, forvard ötən mövsümdə 10 qolla komandanın bombardiri olub.