Son mövsümü icarə əsasında "Roma"da keçirən, müqavilə ilə "Çelsi"yə məxsus olan Romelu Lukaku baş məşqçisi olmuş mütəxəssislərdən hansını ən yaxşı hesab etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, belçikalı forvard "RTL Sports" telekanalının efirində ona ünvanlanan sualı belə cavablandırıb:
"Antonio Konte".
31 yaşlı Lukakunun "Çelsi" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Konte bugünlərdə "Napoli"yə baş məşqçi təyin edilib. İtaliya mətbuatında yayılan məlumatlara görə, sözügedən mütəxəssis Romelunu Neapol təmsilçisinə gətirməkdə şəxsən maraqlıdır.
Nihat