"Çelsi" rəsmi saytı vasitəsi ilə "Fulhem"in müdafiəçisi Tosin Adarabioyonu transfer etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu "zadəganlar"la 4 illik müqavilə bağlayıb.
26 yaşlı oyunçu müqavilə imzalayandan sonra "göylər"in mətbuat xidmətinə danışıb: "Çelsi böyük klubdur. Bu, mənim üçün önəmli məqamdır. "Stemford Bric"in yaxınlığında doğulmuşam. Çox həyəcanlıyam və klubun hədəflərinə doğru irəliləməsinə yardımçı ola biləcəyim anı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Adarabioyo "Mançester Siti"nin yetirməsidir. O, 2020-ci ildən "Fulhem"in formasının geyinirdi. Geridə qalan mövsümdə "bağbanlar"ın forması ilə bütün turnirlərdə 25 oyuna çıxan Tosin 2 qolla yadda qalıb.
Nihat