"Jirona" forması ilə geridə qalan mövsümdə sərgilədiyi parlaq oyunla diqqətləri üzərinə çəkən Artyom Dovbik karyerasını İtaliya nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Canluka Di Martsio yayıb.
Xəbərə görə, 26 yaşlı ukraynalının xidmətində "Milan" maraqlıdır. Mənbə "qırmızı-qaralar"ın "Atletiko Madrid"in də radarında olan hücumçunun komandaya böyük fayda verəcəyinə inandıqlarını vurğulayıb.
Qeyd edək ki, Dovbik 2023-cü ilin yayından "Jirona"da çıxış edir. Geridə qalan mövsümdə Kataloniya təmsilçisinin forması ilə bütün turnirlərdə 41 matç keçirən Artyom 25 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, La Liqanın ən yaxşı bombardiri ünvanına sahib çıxıb.
Nihat